Dərman və Tibbi Logistika,
Sadəcə Daşınmadan İbarət Deyil
Əczaçılıq və tibbi məhsullar; temperatur, zamanlama, gigiyena və sənədləşmə kimi meyarlara görə standart logistikadan fərqlənir. Bu sahədə baş verən kiçik bir axsaqlıq belə məhsulun keyfiyyətinə və çatdırılmanın etibarlılığına birbaşa təsir edir.
ARAN Logistic əczaçılıq və tibbi daşımaları; işin başlanğıcından sonuna qədər planlaşdırma, sahə koordinasiyası və prosesə nəzarəti əsas götürən bir yanaşma ilə idarə edir. Hər bir göndəriş məhsulun həssaslığına uyğun şərtlərlə aparılır və bütün mərhələlərdə şəffaflıq təmin olunur.
Soyuq Zəncir İntizamı
Temperatur rejimini əsas götürən planlaşdırma və nəzarətli iş axını.
Proses & Sənədləşmə Nizamı
Daşıma ardıcıllığı, çatdırılma planı və sənədlərin qaydasında olması birlikdə idarə olunur.
Marşrut / ETA İzlənməsi
Çatdırılma vaxtına fokuslanan planlaşdırma və proses boyu müntəzəm məlumatlandırma.
Risk İdarəetməsi
Yolda yaranacaq riskləri minimuma endirmək üçün əvvəlcədən hazırlıq və nəzarət.
Yükləmə Anı Ən Kritik Mərhələdir
Əczaçılıq əməliyyatlarında nəzarət yalnız yolda deyil, yükləmə və boşaltma anlarında da təmin edilməlidir. Buna görə də işin gedişatı sahədəki ciddi qayda-qanuna uyğun təşkil edilir.
Saxlama və İnventar Proseslərində
Nizam, İzlənəbilənlik, Ardıcıllıq
Tibbi və əczaçılıq məhsullarının saxlanılması; müntəzəm sayım, uyğun şərait və göndərişdən əvvəl mütləq yoxlanış tələb edir. ARAN Logistic bu prosesləri ümumi zəncirin ayrılmaz hissəsi kimi görür.
Məqsədimiz: Prosesi hər addımı bəlli olan, nəzarət edilə bilən və davamlı bir iş standartına gətirməkdir.
Göndərişdən Əvvəl Əməliyyat Nəzarəti
İş yalnız məhsulun çatdırılması ilə bitmir, bütün əməliyyat standartlarının yerinə yetirilməsi ilə yekunlaşır.
Prosesin Şəffaflığı
Əməliyyat boyu müntəzəm məlumatlandırma əlavə xidmət deyil, işimizin ayrılmaz hissəsidir.