Kimyəvi maddələr və ADR daşımaları – ARAN Logistic

Sektorlar / Kimyəvi maddələr & ADR

ADR daşımalarında təhlükəsizlik əsas şərtdir

Təhlükəli yüklərin daşınması zamanı düzgün texniki təchizat, dəqiq sənədləşmə və ciddi proses idarəçiliyi vasitəsilə riskləri minimuma endirir, daşımanı tam nəzarətdə saxlayırıq.

Kimyəvi yüklərin logistikası planlı və qaydalara əsaslanan əməliyyatdır

Kimyəvi məhsulların və təhlükəli maddələrin (ADR) daşınması təhlükəsizlik qaydalarına, qanunvericiliyin tələblərinə və ciddi iş intizamına riayət olunmasını tələb edir. Bu sahədəki kiçik bir səhlənkarlıq nəinki yükün taleyinə, həmçinin insan sağlamlığına, ətraf mühitə və işin davamlılığına mənfi təsir göstərə bilər.

ARAN Logistic ADR daşımalarını düzgün təsnifat, sənəd nizamı, yükləmə-boşaltma prosesinə nəzarət və marşrut risklərinin idarə olunması prinsipləri əsasında həyata keçirir. Məqsədimiz daşıma prosesini proqnozlaşdırıla bilən, izlənilən və təhlükəsiz bir sistemə salmaqdır.

Qaydalar & Sənəd intizamı

ADR təsnifatı, zəruri sənədlərin hazırlanması və prosesin hər mərhələsində daimi yoxlanış.

Əməliyyat təhlükəsizliyi

Yükləmə-boşaltma zamanı təhlükəsiz iş axını və sahədə ciddi nəzarət mədəniyyəti.

Marşrut & risk idarəetməsi

Tranzit planlaşdırma, risklərin öncədən müəyyənləşdirilməsi və bütün yol boyu prosesin şəffaflığı.

Fövqəladə hallara hazırlıq

Təhlükəli yüklərin daşınması zamanı sahəyə uyğun hazırlıq və prosedurların mənimsənilməsi.

Əməliyyat və prosesə nəzarət

Əməliyyat & prosesə nəzarət

ADR daşımalarında proses yalnız yolla bitmir; yükləmə, yoxlanış və sahədəki koordinasiya da mütləq şəkildə idarə olunmalıdır. Ciddi iş axını təhlükəsiz çatdırılmanın təməlidir.

Risk idarəetməsi və marşrut

Riskləri azaldan planlama və marşrut yanaşması

Təhlükəli yüklərin logistikasında marşrut seçimi sadəcə “ən qısa yol” demək deyil. Burada yolun vəziyyəti, hava şəraiti, sərhəd-keçid məntəqələri, tranzit icazələri və çatdırılma vaxtı kimi amillər kompleks şəkildə nəzərə alınır.

ARAN Logistic daşımaları nəzarətli marşrut planı əsasında təşkil edir. Hədəfimiz sahədəki gözlənilməz halları minimuma endirmək və çatdırılma prosesini tam şəffaf etməkdir.

Tranzit icazələri & sənəd yoxlaması

Lazımi sənədlərin və keçid şərtlərinin əməliyyatdan əvvəl yoxlanması.

Prosesin izlənilməsi

Daşıma boyu mütəmadi məlumatlandırma və ETA (təxmini çatma vaxtı) intizamının qorunması.

Uyğunluq, avadanlıq və nəzarət yanaşması

ADR əməliyyatlarında təhlükəsizlik — texnikanın sazlığı, sahədəki davranış qaydaları və iş prosedurlarının düzgün tətbiqi sayəsində təmin olunur. Bu səbəbdən bizdə proses sadəcə "hazırdır" deməklə bitmir, işin hər bir mərhələsi mütəmadi olaraq yoxlanılır.

Hər bir daşıma əməliyyatının özünəməxsus riskləri var. Bizim yanaşmamız standart iş gedişatı daxilində sahəyə uyğun nəzarət nöqtələri müəyyən etmək və yükün təhlükəsizliyini sona qədər qorumaqdır.

Düzgün texniki təchizat seçimi

Daşınan məhsulun xüsusiyyətlərinə uyğun nəqliyyat vasitəsi, avadanlıq və əməliyyat sxemi.

Prosedurların icrası

Sahədə təhlükəsizlik yanaşması: yoxlama siyahıları, qaydalar və intizamlı tətbiq.

Tanker yoxlanışı və obyekt

SEKTORUNUZA ÖZƏL LOGİSTİK HƏLLƏR ÜÇÜN HAZIRIQ

Ehtiyacınıza uyğun avtomobil nəqliyyatı modelini birlikdə planlayaq.